Oğuzda 3 qumbara aşkarlandı - FOTO

13:12 10.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuzda qumbara və sursat aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qumlaq kəndində kolluq ərazidən 3 ədəd əl qumbarası, 3 ədəd avtomat silahına məxsus daraq və 389 ədəd patron aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.